SON XƏBƏRLƏR

İran hərbçiləri 4 pakistanlını güllələdi

2024.05.30, 14:04
İran hərbçiləri 4 pakistanlını güllələdi

İran silahlı qüvvələri Pakistanın Vaşuk sərhəd bölgəsində 4 Pakistan vətəndaşını öldürüb,  ikisini isə yaralayıblar.

Gunaz.tv

Bu barədə Vaşuk rayon komissarının müavini Ömər Camali məlumat yayıb.

Vaşuk rayonunun digər komissar müavini Nəimk İmrani hadisənin baş vermə səbəblərinin araşdırıldığını bildirilib.

Hadisənin təfərrüatı barədə açıqlama verilməyib.

Pakistanın "Dan" qəzeti bəzi yerli mənbələrə istinadən öldürülən və yaralananların yanacaq qaçaqmalçıları olduğunu iddia edib.

Qəzet yaralılardan birinə istinadən hadisə nəticəsində 4 iranlının da öldüyünü və onların cəsədlərinin İran hərbçiləri tərəfindən götürüldüyünü yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar