SON XƏBƏRLƏR

Müctəba Xamenei xalqın ağır dolanışıq böhranına etinasız yanaşaraq: “İranın əhalisini artırın”

2026.11.24, 19:34
Müctəba Xamenei xalqın ağır dolanışıq böhranına etinasız yanaşaraq: “İranın əhalisini artırın”

Gunaz.tv

İranın rəsmi statistikası son on ildə ölkədə illik doğum sayının təxminən 43 faiz azaldığını göstərir.

İndiyədək ictimaiyyət qarşısına çıxmayan İranın rəhbəri Müctəba Xamenei atasının əhali artımına yönəlmiş siyasətinin davam etdirilməsini bir daha vurğulayaraq, “əvvəlki əhali siyasətlərinin bəzi çatışmazlıqlarının aradan qaldırılmasını” istəyib.

Bu mesaj noyabrın 24-də, əhalinin cavanlaşması üzrə dördüncü Milli Mükafat tədbirində Milli Əhali Qərargahının katibi Mərziyə Vahid Dəstcerdi tərəfindən oxunub. Müctəba Xamenei əhali artımını ölkənin qüdrət və tərəqqi amillərindən biri adlandıraraq, gənc yaşda evliliyin asanlaşdırılmasını, uşaq dünyaya gətirməyin təşviqini və ailə mərkəzli mədəniyyətin təbliğini vurğulayıb.

Bu mövqe İranın əvvəlki rəhbəri Əli Xameneinin əhali siyasətinin davamıdır. İranda hamiləliyin qarşısının alınması vasitələrinə çıxış, dölün müayinəsi və tibbi səbəblərlə abort imkanları məhdudlaşdırılıb.

Hökumətin illərdir davam edən təbliğatına və uşaq dünyaya gətirməyi təşviq edən siyasətinə baxmayaraq, doğum sayındakı azalma dayanmayıb. Mərziyə Vahid Dəstcerdinin sözlərinə görə, 2025-ci ildə İranda hər qadına düşən ümumi doğum əmsalı 1,34 uşağa enib. Bu göstərici əhalinin təkrar istehsalı üçün zəruri sayılan 2,1 həddindən xeyli aşağıdır.

Qeydiyyata alınan nikahların sayı da 2010-cu ildəki 890 mindən 2025-ci ildə 431 minə düşüb.

Müctəba Xameneinin mesajında xalqın acınacaqlı yaşayış şəraitinə isə göz yumulub. İnflyasiya, alıcılıq qabiliyyətinin azalması, mənzil böhranı və iş təminatının olmaması kimi evliliyə və uşaq dünyaya gətirməyə mane olan amillərə birbaşa toxunulmayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar