SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 27 silahlı həbs edilib

2026.11.24, 16:00
Qərbi Azərbaycanda 27 silahlı həbs edilib

İran Kəşfiyyat Nazirliyinin əməkdaşları Qərbi Azərbaycan əyalətində silahlı separatçı qrupun 27 üzvünü müəyyən edib və həbs edib.

Gunaz.tv

Bu haqda İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu şəxslərdən silahlar və Starlink cihazı müsadirə edilib.

Nazirlik saxlanılanların ABŞ və İsrailə kömək etmək üçün "ölkə daxilində terror aktları və qeyri-sabitlik təşkil etdiklərini" bildirib.

Məlumatda həmçinin qonşu ölkələrdən "terror əməliyyatları və şəhər müharibəsi" üçün silah və sursat qaçaqmalçılığında ittiham olunan daha altı şəxsin də həbs edildiyi qeyd olunub.

Kimliyi açıqlanmayan bu şəxslərin ölkəyə daxil olduqdan sonra müəyyən edilib və saxlanıldıqları bildirilib.

Məlumatda saxlanılanlardan birinin qeyri-iranlı olduğu deyilsə də, onun hansı ölkənin vətəndaşı olduğu barədə açqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar