SON XƏBƏRLƏR

Binab quru meyvə bazarında kişmişin qiyməti düşüb: Bağbanlar məhsullarını satmaqda çətinlik çəkirlər

2026.11.23, 19:26
Binab quru meyvə bazarında kişmişin qiyməti düşüb: Bağbanlar məhsullarını satmaqda çətinlik çəkirlər

Gunaz.tv

Binabda quru meyvə bazarında kişmişin qiymətinin aşağı düşməsi və bu məhsula tələbatın az olması bölgənin satıcı və bağbanlarını çətin vəziyyətlə üzləşdirib.

Bölgənin bağlarında istehsal olunan və topdansatış qaydasında bazara çıxarılan kişmiş alıcılar tərəfindən elə də maraqla qarşılanmır. Nəticədə bağbanların məhsulunun bir hissəsi əllərində qalıb.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının satış mərkəzlərindən biri olan Binabda kişmiş bazarının durğunlaşması bölgənin aqrar sektorunda mövcud iqtisadi çətinlikləri, eləcə də bağçılıq məhsullarının bazara çıxarılması və satışında yaşanan problemləri yenidən gündəmə gətirir.

Bu vəziyyətin davam etməsi bağbanların gəlirlərinə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə bağlı iqtisadi dövriyyəyə mənfi təsir göstərə bilər.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar