SON XƏBƏRLƏR

Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!

2026.11.21, 14:09
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!

Təbrizin cümə imamı və İran rəhbərinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Əhməd Mütəhhəri Əsl də İranı "şirə" oxşadıb və Amerikanı ehtiyatlı olmağa çağırıb.

Gunaz.tv

O, bu haqda cümə namazındakı çıxışında danışıb.

"Amerikalılara deyirəm ki, şirin quyruğu ilə oynamasınlar؛ İran İslam Respublikası tədricən ABŞ-ı və sionist rejimi İranın şərtlərini qəbul etməyə məcbur etmək üçün addımlar atmağa başlayacaq",- təbrizli molla xəbərdarlıq edib.

Mütəhhəri Əsl Amerika və İsraildə kimin hakimiyyətdə olmasının İran üçün əhəmiyyət kəsb etmədiyini deyib və "lazim gələrsə" ölkə rəhbərinin göstərişi ilə müharibə aparacaqlarını söyləyib:

Cümə imamı SEPAH komandirlərinin səsləndirdikləri təhdidləri təkrar edib:

"Körfəzdən Avropaya və lazım olan hər yerdə ölkəni qorumaq üçün əlimizdən gələni edəcəyik".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar