SON XƏBƏRLƏR

Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır

2026.11.21, 11:33
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır

Bir aya yaxındır təhlükəsizlik məmurları tərəfindən həbs edilən azərbaycanlı siyasi məhbus Nemət Əfşar Qəzvinin Çubindər həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onun ailəsinin müraciətlərinə baxmayaraq, Nemət Əfşarın həbs səbəbi və ittihamları barədə məlumat verilmir.

Onun həbsinin səbəbi barədə açıqlama verilməsə də, məhbusun saxlanılmasının bundan əvvəl ictimai fəaliyyətlərinə görə məhkumluğu ilə bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, 2025-ci ilin aprelində Apellyasiya Məhkəməsi onun 3 il 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və 2 il onlayn fəaliyyət qadağasına məhkum edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar