SON XƏBƏRLƏR

İranda daha 50 müxalifin əmlakı müsadirə olundu

2026.11.25, 12:49
İranda daha 50 müxalifin əmlakı müsadirə olundu

Tehran əyalətinin Rey rayonunda daha 50 nəfərin əmlak və aktivləri müsadirə olunub.

Gunaz.tv

Bu haqda Rey rayonunun ümumi və inqilab prokuroru Məhəmmədmehdi Rəhimi məlumat yayıb.

"Prokurorluq və kəşfiyyat qurumlarının birgə fəaliyyəti nəticəsində ölkədə təhlükəsizliyi pozmağa və zərər vurmağa cəhd etməkdə ittiham olunan 50 nəfərin əmlak və aktivləri müsadirə edilib",- o bildirib.

Rəhiminin sözlərinə görə, daha əvvəlki etirazlarda saxlanılan bir sıra şəxslər barəsində məhkəmə hökmləri çıxarılıb və onlar hazırda həbsdədirlər.

 Prokurorluq əmlakı müsadirə olunan 50 nəfərin kimliyi, konkret ittihamların məzmunu, hökmü çıxaran məhkəmə instansiyası və ələ keçirilən aktivlərin dəyəri barədə heç bir detal paylaşmasa da,onların "təhlükəsizlik əleyhinə fəaliyyətlər"də günahlandırıldığını söyləyib.

Bu qərar son aylarda İran məhkəmə hakimiyyəti tərəfindən müxaliflərə, jurnalistlərə və etirazçılara qarşı tətbiq edilən əmlak müsadirəsi dalğasının davamı kimi qiymətləndirilir. Prokuror bu proseslərin müharibə dövründə belə dayanmadığını və hazırda da davam etdirildiyini bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar