SON XƏBƏRLƏR

İran Ermənistana xəbərdarlıq edib: Bizdən yan keçməyə çalışmayın

2026.11.23, 22:07
İran Ermənistana xəbərdarlıq edib: Bizdən yan keçməyə çalışmayın

İran ABŞ-ın dəstəklədiyi və Ermənistanın cənubundan keçən nəqliyyat dəhlizindən İran ərazisini yan keçmək üçün istifadə edilməsinə qarşı xəbərdarlıq edib.

Gunaz.tv

Bu açıqlama Ermənistanın Azərbaycanı İran ərazisindən keçmədən Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutu üzrə layihəyə start verdiyi bir vaxtda səsləndirilib.

Ali Rəhbər Müctəba Xameneinin baş müşavirlərindən Məhəmməd Müxbir X sosial şəbəkəsində yazıb: “İranın cənubunda da, şimalında da saxta marşrutlar heç vaxt real dəhlizləri əvəz edə bilməz”.

O, bununla həm Hörmüz boğazının cənubundan keçən marşruta, həm də ABŞ-ın dəstəklədiyi və Tramp marşrutuna istinad edib.

“Regiondakı geosiyasi maraqlarımız bizim qırmızı xəttimizdir və onların yan keçilməsinə imkan verməyəcəyik”, – deyə Müxbir yazıb. “Hörmüz boğazından nəticə çıxarın”.

Müxbir bu ay layihəyə qarşı xəbərdarlıq edən ikinci yüksək vəzifəli Xamenei müşaviridir. Noyabrın 5-də Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti İranın “Ettelaat” qəzetində dərc olunan məqaləsində ABŞ Prezidenti Donald Tramp və müttəfiqlərinin İranın qırmızı xəttini keçəcəyi təqdirdə “onların ayaqlarını qıracaqlarını” söylədiyini bildirib. O, Tehranın Cənubi Qafqazdakı maraqlarını Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan müdafiə edəcəyini vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar