SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib

2026.11.22, 17:22
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib

Səudiyyə Ərəbistanı İranın Bəhreyndə yerləşən mülki sənaye obyektinə hücumlarını kəskin şəkildə pisləyib və bu cür hücumların davam edəcəyi təqdirdə İranın bunun nəticələrinə qatlaşacağını bildirib.

Gunaz.tv

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Bəhreynlə tam həmrəy olduğunu və ölkənin təhlükəsizliyi və sabitliyinin qorunmasına yönəlmiş tədbirləri dəstəklədiyini bəyan edib.

Nazirlik İranı mülki obyektlərə hücumlar da daxil olmaqla, regional təhlükəsizliyi təhdid edən fəaliyyətlərini davam etdirməkdə ittiham edib. Bildirilib ki, bu cür addımlar beynəlxalq hüququ, BMT Nizamnaməsini və mehriban qonşuluq prinsiplərini pozur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar