SON XƏBƏRLƏR

Milli fəal Salar Tahir Əfşar həbs edilib

2024.06.06, 11:19
Milli fəal Salar Tahir Əfşar həbs edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən olan milli fəal Salar Tahir Əfşar Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə məlumat yayan fəalın bacısı Sevda Tahir Əfşar qardaşının 6 aylıq məhkumluq cəzasını çəkmək üçün iyunun 5-də həbsxanaya aparıldığını bildirib.

Salar Tahir Əfşar “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olmaq və toplaşmaq”, "hökumət əleyhinə təbliğat"da günahlandırılıb.

Qeyd edək ki, Salar Tahir Əfşar cari ilin fevral ayının 6-da təhlükəszilik məmurları tərəfindən Təbriz şəhərində həbs edilib və bir müddət sonra Tehranın Evin Həbsxanasına köçürülüb.

O, fevralın 28-də 800 milyon tümənlik girov qarşılığında müvəqqəri olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar