SON XƏBƏRLƏR

Bəndər Abbasda iki etnik bəluc güllələndi

2024.06.06, 17:00
Bəndər Abbasda iki etnik bəluc güllələndi

İran polisi Hormozqan əyalətinin Bəndər Abbas şəhərində iki etnik bəlucu güllələyərək öldürüb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bəluclar qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olduqlarına görə öldürülüb.

Polis qüvvələrinin açdığı atəş nəticəsində bəlucların idarə etdiyi avtomobilin alovlandığı və sərnişinlərin yanaraq həlak olduqları bildirilib.

Qeyd edək ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən yoxsul bölgəsi olan Sistan və Bəlucistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq daşımağa məcbur olurlar.

Hökumət məmurları hər il pərakəndə yanacaq satışı ilə məşğul olan onlarla etnik bəlucu  güllələyərək öldürür.

2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar