SON XƏBƏRLƏR

Urmu və Salmasda iş qəzalarnda 3 nəfər həlak oldu

2024.06.17, 14:33
Urmu və Salmasda iş qəzalarnda 3 nəfər həlak oldu

Qərbi Azərbaycan əyalətinin Urmu və Salmas şəhərlərində iş qəzalar nəticəsində 3 azərbaycanlı işçi həyatını itirib.

Gunaz.tv

Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Urmu şəhərində tikinti sahəsidə çalışan Mənsur Ələvi adlı işçi hündürlükdən yıxılaraq həlak olub.

Bununla yanaşı Salmas şəhərinin Golan kəndində də iki işçi həlak olub.

30 və 48 yaşlı işçilərin quyu qazarkən hava çatışmazlığından boğularaq öldükləri bildirilib.

Hər iki qəza təhlükəsizlik qaydalarının riayət olunmadığı və işçilərə lazım olan qoruyucu avadanlıqların verilməməsi səbəbindən baş verib.

Qeyd edək ki, Tibbi Ekspertiza Mərkəzinin məlumatına görə, cari ildə İranda 1000-dən çox işçi həyatını itirib, minlərlə iççi yaralanıb.

Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar