SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı

2024.06.19, 10:46
Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı

Tehranın İnqilab Məhkəməsinin 29-cu bölməsi hazırda Evin həbsxanasında saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həbs müddətini daha bir il uzadıb.

Gunaz.tv

Bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.

O, Məhəmmədinin məhkumluq dövrünün "hökumət əleyhinə təbliğat" ittihamına görə artırıldığını deyib.

"Xanım Məhəmmədi həbsxanadan İranda keçirilən parlament seçkilərini boykota çağırdığına, İsveç və Norveç parlamentlərinə yazdığı məktuba görə cəzalandırılıb",- Nili bildirib. 

 Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib və hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar