SON XƏBƏRLƏR

İranlı nazir Kanadadan gileyləndi

2024.06.26, 15:05
İranlı nazir Kanadadan gileyləndi

Kanada insan haqları ilə bağlı verdiyi şüarlara baxmayaraq, bu ölkədə yaşayan iranlıların prezident seçkilərində səs verməsi üçün seçki məntəqələrinin qurulmasına icazə vermir.

Gunaz.tv

Bu sözləri İranın daxili işlər naziri Əhməd Vəhidi ölkə mediasına verdiyi müsahibəsində deyib.

O, Kanada ilə yanaşı, Səudiyyə Ərəbistanının da bu ölkədə olan iranlıların səs verməsinə icazə vermədiyini söyləyib.

Əhməd Vəhidi rəsmi Riyadın bu məsələyə yenidən baxacağı və səsvermə məntəqələrinin qurulmasına icazə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Kanada və Səudiyyə Ərəbistanı iyunun 28-də İranda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı qəti mövqe nümayiş etdirib.

Hər iki dövlət bu ölkədə yaşayan iranlıların səsvermədə iştirakı üçün məntəqələrin qurulmasını qadağan ediblər.

Bu, xüsusən xaricdə yaşayan iranlıların və Tehran rejiminə müxalif olan təşkilatların alqışı ilə qarşılaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar