SON XƏBƏRLƏR

Milli fəal həbsxanaya qaytarıldı

2024.06.27, 12:45
Milli fəal həbsxanaya qaytarıldı

Milli və ətraf mühit fəalı İsmayıl Əhmədi məzuniyyət müddətinin bitdiyinə görə Əhər şəhərinin həbsxanasına qaytarılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media hesabı məlumat yayıb.

O, 16 iyun tarixində girov qarşılığında 10 gün müddətinə məzuniyyətə buraxılmışdı. 

İsmayıl Əhmədi 19 apreldə 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülüb.

Fəala qarşı "müqəddəsləri təhqir etmək", "vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək", "müxalif qruplarla əlaqə", "yalan məlumatlar yaymaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar