SON XƏBƏRLƏR

Səslərin hesablanması sona çatdı - Seçki ikinci tura qaldı

2024.06.29, 12:49
Səslərin hesablanması sona çatdı - Seçki ikinci tura qaldı

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Gunaz.tv

Bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Bildirilib ki, 25 591 344 bülletten sayılıb və onlardan 1 056 159 bülletten etibarsız hesab edilib.

24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901 səslə növbəti dəfə liderlik edir. 

Onun ardınca 9 473 298 səslə Səid Cəlili ikinci, Məhəmməd Bagir Qalibaf 3 383 340 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 206 397 səslə dördüncü sırada qərarlaşıb.

Bununla da İran Seçki Qərargahı heç bir namizədin tək başına yetərli səs toplaya bilmədiyi üçün seçkilərin ikinci tura qaldığını elan edib.

İyulun 5-i ikinci turda Məsud Pezeşkianla Səid Cəlili prezidentlik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, İranda səsvermə hüququ olan secicilərin sayı 61 452 321 nəfərdir.

Bununla da ölkədə keçirilən prezident seçkilərində secici fəallığı 40%-dən çox olmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar