SON XƏBƏRLƏR

Pezeşkianın andiçmə mərasimi keçiriləcək

2024.07.10, 14:39
Pezeşkianın andiçmə mərasimi keçiriləcək

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasiminin keçiriləcəyi vaxt bəlli olub.

Gunaz.tv

Bu barədə İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Höccətül-islam Əlirza Səlim məlumat verib.

O, Pezeşkianın andiçmə mərasiminin 30 iyulda İran parlamentinin iclasında baş tutacağını bildirib.

İran qanunvericiliyinə görə, andiçmə mərasimindən iki həftə sonra prezident Pezeşkian hökumətinin tərkibini Məclisə təqdim etməlidir.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar