SON XƏBƏRLƏR

Avropa qanunvericiləri Pezeşkiana görə Boreli tənqid edib

2024.07.20, 12:23
Avropa qanunvericiləri Pezeşkiana görə Boreli tənqid edib

Avropa Birliyinin baş diplomatı Cozef Borel Məsud Pezeşkiana görə tənqid olunub.

Gunaz.tv

Bu barədə "Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Avropa Birliyinin qanunvericiləri Borelin öz müavinlərini İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə göndərməsi barədə qərarı avropalı qanunvericilərin sərt reaksiyası ilə üzləşib.

Onlar baş diplomatın İran hakimiyyətinə qarşı münasibətdə yumuşaq davrandığını bildiriblər.

Avropa Birliyinin yüksək rütbəli rəsmisi "Wall Street Journal"-a bildirib ki, İran ilə Avropa Birliyinin arasında münasibətlərin ən aşağı səviyyəyə çatdığını nəzərə alaraq, Cozef Borel mərasimdə iştirak etməyəcək, ancaq müavini Enrike Moranı Tehrana göndərəcək.

Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar