SON XƏBƏRLƏR

Güneyli məhkuma görə onlarla təşkilat birgə bəyanat yaydı

2024.08.05, 09:45
Güneyli məhkuma görə onlarla təşkilat birgə bəyanat yaydı

31 insan haqları təşkilatı Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan, edama məhkum edilmiş güneyli işçi hərəkatı fəalı Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatlarının media hesablarında məlumat verilib.

İran və başqa bir neçə ölkədən olan insan haqları qurumlar Şərifə Məhəmmədi barədə irəli sürülən ittihamların əsassız olduğunu yazıb, onun edam hökmünün ləğv edilməsini və sərbəst buraxılmasını tələb ediblər.

Bəyanat müəllifləri, məhkəmənin işçi hərəkatı fəalına qarşı ədalətsiz qərarını Tehran hökumətinin hüquqlarını tələb edən qadınlara qadınlara qarşı münasibətinin nümunəsi kimi dəyərləndirib, qadınların hüquqlarının pozulmasına son qoymağı istəyiblər.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə edama məhkum edilib.

GüazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar