SON XƏBƏRLƏR

İran səfiri Avstraliyadan qovulsun - Senator təklif etdi

2024.08.15, 13:28
İran səfiri Avstraliyadan qovulsun - Senator təklif etdi

İranın Avstraliyadakı sıfiri Əhməd Sadiqinin antisemit bəyanatları onun arzuolunmaz şəxs elan edilməsi və ölkədən qovulmasına səbəb olacaq səviyyədədir.

Gunaz.tv

Bu barədə avstraliyalı senator Klayer Çandler deyib.

O, səfirin çıxışlarının zorakılığa çağırış olduğunu söyləyib və buna görə, onun Avstraliyadan çıxarılmasını tələb edib.

Əhməd Sadiqi yəhudilərə qarşı davamlı bəyanatlarının növbətisində 13 avqustda İsrailin 2027-ci ilə kimi məhv olacağını iddia edib.

Bundan əvvəl iyul ayında isə Avstraliya Yəhudi Assosiasiyası bu ölkənin hökumətindən İran İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasını tələb edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar