SON XƏBƏRLƏR

İran paytaxtı köçürülə bilər

2024.08.28, 11:21
İran paytaxtı köçürülə bilər

Hazırkı şəraitin davam edəcəyi və yeni çıxış yollarının tapılmayacağı təqdirdə bir müddət sonra Tehranda yaşamaq imkansız olacaq.

Gunaz.tv

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

O, hazırda Tehran və ətraf bölgələrində hakim olan ekoloji problemlər və su çatışmazlığının paytaxtı təhdid etdiyini söyləyib.

"Bunu mütəxəssislər də bilirlər, bu vəziyyətlə Tehranda yaşamaq imkansız olacaq, suyunu və həyat üçün başqa vacib mənbələri haradan əldə edəcəyik? Heç yerdən, bu mümkün olmayacaq",- deyə Pezeşkian xəbərdarlıq edib.

Prezidentin çıxışından sonra paytaxtın Tehrandan başqa şəhərə köçürülmə ehtimalı barədə fikirlər səsləndirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar