SON XƏBƏRLƏR

ABŞ: Dünya İran Rusiyaya hərbi dəstək verməsinin qarşısını almalıdır

2024.09.25, 11:23
ABŞ: Dünya İran Rusiyaya hərbi dəstək verməsinin qarşısını almalıdır

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün beynəlxalq ictimaiyyət İran və Şimali Koreya kimi ölkələrin Rusiyaya hərbi dəstək verməsinin qarşısını almalıdır.

Gunaz.tv

Bu sözləri ABŞ-nin dövlət katibi Entoni Blinken Təhlükəsizlik Şurasının iclasında deyib.

“İslam Respublikası 2022-ci ildən Rusiyaya pilotsuz təyyarələr verir və Rusiyada pilotsuz təyyarələr istehsal edən zavod tikib. Cəmi bir neçə həftə əvvəl Tehran Rusiyaya yüzlərlə yaxın mənzilli ballistik raket göndərib. İslam Respublikası bu silahlarla işləmək üçün İran daxilində də rus əsgərlərinə təlim keçib",- o, bildirib.

ABŞ dövlət katibi deyib ki, İran və Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi Rusiyanın özünün səs verdiyi Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar