SON XƏBƏRLƏR

Zəncanlı siyasi fəal edam ediləcək

2024.10.02, 14:49
Zəncanlı siyasi fəal edam ediləcək

Güney Azərbaycanın Zəncan şəhərindən olan 48 yaşlı siyasi fəal Mehdi Həsəni edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi onu "milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq", "müxalif təşkilatlara üzv olmaq"da və "yer üzündə fitnə yaymaq"da günahlandırıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları Mehdi Həsənini 11 sentyabr 2022-ci ildə Zəncanda həbs edərək Tehranın Evin həbsxanasının təhlükəsizlik təcridxanasına köçürüblər.

Azərbaycanlı fəal 8 ay təkadamlıq kamerada saxlanılıb, işgəncə edildikdən sonra ümumi bölməyə köçürülüb.

Edama məhkum edilən siyasi fəal 3 övlad atasıdır və siyatik xəstəliyindən əziyyət çəkir.

2023-cü ilin oktyabr ayında həkimlər Mehdi Həsəninin müalicəsi ilə bağlı arayış versələr də, həbsxana rəhbərliyi fəalın müalicəsinə icazə vermir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar