SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İsrail səfirliyi yaxınlığında partlayış baş verdi

2024.10.07, 15:02
SON DƏQİQƏ: İsrail səfirliyi yaxınlığında partlayış baş verdi

Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

Gunaz.tv

GünazTV “Report”a istinadən xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı iki partlayışdan beş gün sonra baş verdiyini bildirib.

“Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur”, – Kopenhagen polis müfəttişi Trine Myöller jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən iki İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.

 

CqDRIxYOIDWoUacniV2JQBOvLXXQqXCzMUD55iYS:640.jpg                                                 WTasqR1OOtNMDjXdQab3Wx7kV57VtxTQy42rgR1Q:640.jpg

yFArlegguI9uTTIINilXVGBpKdz7kLx8plOkRFrF:640.jpg                                                AI8NwFP6reqixzS1g5mk8iXuPHYqs3ZlL45SPYko:640.jpg

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar