SON XƏBƏRLƏR

Cozef Borrel: İran və Livan Hizbullahı BMT-nin Livandakı münaqişəyə son qoyulması ilə bağlı qətnaməsinin icrasına mane olmaqda məsuliyyət daşıyır.

2024.10.25, 15:17
Cozef Borrel: İran və Livan Hizbullahı BMT-nin Livandakı münaqişəyə son qoyulması ilə bağlı qətnaməsinin icrasına mane olmaqda məsuliyyət daşıyır.

"İran və Livan Hizbullahı BMT-nin Livandakı münaqişəyə son qoyulması ilə bağlı qətnaməsinin icrasına mane olmaqda məsuliyyət daşıyır."

Gunaz.tv

Bu sözləri Aİ-nin xarici siyasət rəsmisi Cozef Borrel deyib.

"Reuters"in məlumatına görə, Borrel hərbi əməliyyatların dayandırılması və Livan ordusu və BMT-nin sülhməramlı qüvvələrinin əraziyə yerləşdirilməsinin vacibliyini vurğulayan 1701 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin atəşkəsin yaradılması üçün tədbirlər görməli olduğunu deyib. O, həmçinin bildirib ki, İran və Hizbullah BMT Təhlükəsizlik Şurasının bu qətnaməsinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.

2006-cı ilin avqustunda Livan Hizbullahı ilə İsrail arasında müharibədən sonra BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi hər iki tərəfdən hərbi əməliyyatları dayandırmağı və beynəlxalq sərhədlərə çəkilməyi, İsraillə sərhəddə Livan ordusu ilə yanaşı BMT sülhməramlılarını yerləşdirməyi, həmçinin Hizbullahın sərhəd bölgələrindən geri çəkməsini tələb edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar