SON XƏBƏRLƏR

İran Almaniya vətəndaşının edam edilmədiyini iddia etdi

2024.11.06, 10:00
İran Almaniya vətəndaşının edam edilmədiyini iddia etdi

İran Məhkəməsi Cəmşid Şarməhdi mühakimə edib, ancaq onun barəsində çıxarılan edam hökmünün icrasına imkan vermədi. Belə ki, Şarməhd öz əcəli ilə həyatını itirdi.

Gunaz.tv

Bu sözləri İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.

Bundan əvvəl isə İran Məhkəməsi və rəsmi dövlət mediası İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edildiyini bildirib.

Əsgər Cahangirinin Cəmşid Şarməhdin edam edilmədən əvvəl öldüyü barədə iddialarının, Almaniya-İran arasında münasibətlərin dahada gərginləşməsinin qarşısının alınmasına və beynəlxalq təzyiqlərin azaldılmasına hesablandığı ehtimal edilir.

Qeyd edək ki, 68 yaşlı Şarməhd 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Dubaya səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb.

O, "Tondər" qrupuna başçılıq etməkdə və Şiraz şəhərinin məscidlərindən birində törədilən partlayışı planlaşdırmaqda günahlandırılaraq 2023-cü ilin fevral ayının 21-də ölüm cəzasına məhkum edilib.

Aprelin 24-də İran Ali Məhkəməsi Cəmşid Şarməhd barədə çıxarılan ölüm hökmünü təsdiq edib, hökm oktyabrın 29-da yerinə yetirilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb, İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb və 32 İran diplomatını ölkədən qovub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar