SON XƏBƏRLƏR

İran rejimi süqut edən gün, regionda sülh olacaq

2024.11.07, 12:56
İran rejimi süqut edən gün, regionda sülh olacaq

HAMAS ilə danışıqlara yer yoxdur, HAMAS terror təşkilatıdır, onların nizamnaməsində mövcud olma səbəbi kimi İsrailin aradan qaldırılmasından bəhs edilir.

Gunaz.tv

Günaz.tv xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik APA-ya müsahibəsi zamanı bildirib ki, HAMAS-ın İsrail dövlətini məhv etməkdən və bölgədə şəriət qanunlarını tətbiq etməkdən başqa mövcud olmaq üçün hər hansı səbəbi yoxdur, onlar sülhpərvər tərəfdaş deyillər.

"Amma düşünürəm ki, ertəsi gün İsrail və Fələstin ərazilərindəki dinc tərəfdaşlar önə çıxacaq və fələstinlilərin hüquqlarını, həm də dövlətin təhlükəsizliyini təmin edəcək sülh yolu ilə həllə nail olacaqlar. Livan xalqı ilə bağlı mən bunu əvvəllər demişəm və yenə də deyirəm, sülh əldə etmək asan olmalıdır, çünki bizim heç bir münaqişəmiz, ərazi mübahisəmiz yoxdur, onlar bizim qonşumuzdur, buna görə də sülhə nail olmaq asan olmalıdır. 

BƏƏ, Bəhreyn, Mərakeş, Sudan İsraillə barışmaq istəyəndə də biz sülhə nail olduq. Mən sizə zəmanət verirəm ki, İrandakı rejim süqut edən gün, həmin rejim regionun bütün ölkələri üzərində terror təsirini itirdiyi gün biz hər bir ölkə ilə sülh əldə edəcəyik."

 

 

Şahin Elxanoğlu

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar