SON XƏBƏRLƏR

Azərbaycanlı xanım fəalın məhkəməsi ləğv edilib

2024.11.16, 11:03
Azərbaycanlı xanım fəalın məhkəməsi ləğv edilib

Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin nəzərdə tutulan məhkəməsi heç bir səbəb göstərilmədən ləğv edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, məhkəmə iclası noyabrın 14-də Rəşt şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsində keçirilməli idi.

İnsan haqları fəalları bildiriblər ki, bu Şərifə Məhəmmədiyə qarşı psixoloji təzyiq formasıdır və bununla da o daima stressdə saxlanılır.

İran Məhkəmə Sistemi Şərifə Məhəmmədinin özünün keçirilən məhkəmə iclaslarında iştirakına qadağa qoyub.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Beynəlxalq insan haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləv edib.

GüazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar