SON XƏBƏRLƏR

Avropa Birliyi İranın Rusiyaya hərbi yardımının dayandırılmasını tələb edib

2024.11.29, 12:16
Avropa Birliyi İranın Rusiyaya hərbi yardımının dayandırılmasını tələb edib

Avropa Birliyi İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardımının dayandırılmasını tələb edir.

Gunaz.tv

Bunu Avropa Birliyinin xarici siyasət məsulunun müavini Enrike Mora X hesabında yazıb.

O, İranın xarici işlər nazirinin müavinləri Məcid Təxtrəvançi və Kazım Qəribabadi ilə görüşünə də toxunub.

"Onlara dedim ki, İranın nüvə məsələsinin diplomatik həllə ehtiyacı var və bölgədə gərginliyin artmasının qarşısının alınması hər kəs üçün vacibdir”,- Mora qeyd edib.

O, bununla yanaşı nazir müavinləri ilə İranda insan haqlarının vəzyyətini də müzakirə etdiyini bildirib.

Qeyd edək kİ, Avropa Birliyinə üzv dövlətlər, eləcə də ABŞ dəfələrlə İranın Rusiyaya pilotsuz təyyarələr və ballistik raketlər göndərməsini, İran hökumətinin Yaxın Şərqdə gərginliyin yaradılmasında rolunu və İranda insan haqlarının genişmiqyaslı pozuntusunu tənqid ediblər. 

Onlar bu məsələlərə görə, İranın rəsmilərinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq ediblər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar