SON XƏBƏRLƏR

İran həbsxanalarında 15 məhkum edam edilib

2024.12.04, 13:56
İran həbsxanalarında 15 məhkum edam edilib

Son iki gün ərzində Yəzd, Qəzvin, İlam, Şiraz, Rəşt, Qorqan və Yasuc şəhərlərinin həbsxanalarında 15 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar adam öldürmək və narkotik maddələrin alverində günahlandırıldıqlarına görə öldürülüblər.

İlam həbsxanasında edam edilən 3 məhbusdan ikisinin qadın olduğu bildirilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

Bu, ondan əvvəlki dövrlə müqayisədə 23.06% çoxdur.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar