SON XƏBƏRLƏR

Netanyahu Trampla İranı müzakirə etdi

2024.12.16, 09:26
Netanyahu Trampla İranı müzakirə etdi

Suriya artıq o Suriya deyil; Livan artıq o Livan deyil, Qəzza artıq o Qəzza deyil və “oxlar”ın (“Müqavimət oxu” nəzərdə tutulur – red.) lideri İran da artıq o İran deyil.

Gunaz.tv

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı haqda danışarkən deyib.

Netanyahu Trampla danışığın “çox isti, çox dostcasına” keçdiyini və “İsrailin qələbəsinin tamamlanması baxımından” olduqca vacib məsələlərin müzakirə olunduğunu bildirib.

“Mən birmənalı olaraq Hizbullah və İrana deyirəm: Bizə zərər verməməyiniz üçün sizə qarşı lazım olduğu qədər, istənilən arenada, istənilən vaxt fəaliyyət göstərməyə davam edəcəyik”, - Baş nazir vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar