SON XƏBƏRLƏR

İranlı nazir İrəvanda Azərbaycan abidəsini ziyarət etdi

2024.12.18, 14:53
İranlı nazir İrəvanda Azərbaycan abidəsini ziyarət etdi

İranın mədəni irs, turizm və əl işləri naziri Seyid Rza Salehi Əmiri Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy Məscidi ziyarət edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

O,  Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana yollanıb.

Nazir və İran mediası Azərbaycan emarlıq nümunəsi barədə təhrif olunmuş məlumatlar səsləndirib.

“Göy Məscid Ermənistan və İran arasında multikultural tarixin və mədəni qarşılıqlı əlaqələrin simvolu kimi tanınır",- İran mediası iddia edib.

Qeyd edək ki, İranın Ermənistandakı səfirliyi bundan əvvəl sosial mediadakı paylaşımında "Göy məscidi" İran simvolu adlandırıb.

İran hakimiyyəti 1996-2000-ci illər arası Azərbaycanın tarixi abidəsində təmir və bərpa adı altında dəyişikliklər aparıb. Abidənin Azərbaycana məxsusluğunu göstərən memarlıq nümunələri dağıdılıb, onu özününküləşdirərək, İran memarlıq nümunəsi halına gətirməyə çalışıb.

İran hakimiyyəti bu məsciddə təmir işləri adı altında dəyişikliklər apararaq, tarixi aidəni iranlılaşdırmaq və farslaşdırmağa çalışıb.

Tehran hökuməti həmin məsciddən hazırda fars dilinin və Tehranın siyasi-ideoloji təbliatının yayılması mərkəzi kimi də istifadə edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar