SON XƏBƏRLƏR

Azərbaycanlı xanım fəalın məhkəməsi olub

2024.12.21, 11:43
Azərbaycanlı xanım fəalın məhkəməsi olub

Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin məhkəməsi olub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Məhəmmədinin məhkəməyə getməsinə icazə verilməyib və o onlayın şəkildə məhkəmə iclasına qatılaraq müdafiə çıxışı edib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Beynəlxalq insan haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar