SON XƏBƏRLƏR

Xaməneinin qəzetinin Pezeşkian istefa xəbərinə reaksiyası - Düşmən işidir

2024.12.25, 11:49
Xaməneinin qəzetinin Pezeşkian istefa xəbərinə reaksiyası - Düşmən işidir

Bəzi xarici qüvvələr, xüsusən də İsrailə bağlı bəzi dairələr Məsud Pezeşkianın istefa verməsini səbirsizliklə gözləyirlər.

Gunaz.tv

Bunu Əli Xameneinin ofisinə bağlı “Keyhan” qəzeti yazıb.

“Bu dairələr hazırda inqilabçı qüvvə adı altında gizlənərək fəaliyyət göstərir”, - qəzet əlavə edib.

Qeyd edək ki, son günlər Məsud Pezeşkianın istefa verməyə hazırlaşdığı, Əli Xameneinin isə buna qarşı çıxdığı barədə məlumatlar yayılıb.

Məsud Pezeşkian İran parlamentinin Ali Mədəni İnqilab Şurasının təsdiq elətdirdiyi "hicab qanunu"nun icrasının qarşısını aldıqdan sonra mühafizəkar siyasi cərəyana bağlı qruupların tənqidləri ilə qarşılaşıb.

Cümə imamları, radikal din xadimləri və millət vəkilləri onu üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmaqda ittiham ediblər.

Bir neçə gün qabaq isə, Tehranın Keşavərz meydanında SEPAH-a bağlı "Bəsic" (könüllülər ordusu) üzvləri Məsud Pezeşkiana qarşı aksiyası keçiriblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar