SON XƏBƏRLƏR

İranda təhsildən məhrum qalan uşaqların son statistkası açıqlandı

2024.12.27, 14:43
İranda təhsildən məhrum qalan uşaqların son statistkası açıqlandı

İranda təhsildən yayınan və müxtəlif səbəblər üzündən məktəbə gedə bilməyən uşaqların sayı 992 min 521 nəfərə çatıb.

Gunaz.tv

Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bunun səbəbi uşaqların erkən evləndirilməsi, yoxsulluq və azyaşlıların məcburi əmək fəaliyyətlərinə cəlb edilməsidir.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti təhsilini yarımçıq qoyan şagirdlərin sayına görə ölkə üzrə ilk yerlərdən birini tutub.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətində məktəb çatışmazlığı da pik həddə çatıb.

Belə ki, İran üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5,7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1,7% təşkil edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar