SON XƏBƏRLƏR

Hicabla bağlı uşaq bağçalarında da iş aparılmalıdır - İran rəsmisi

2024.12.30, 09:59
Hicabla bağlı uşaq bağçalarında da iş aparılmalıdır - İran rəsmisi

"İffət və hicab" məsələsi ilə bağlı uşaq bağçalarında da iş aparılmalıdır və uşaqlar arasında bu sahədə məarifləndirmə işləri genişləndirilməlidir.

Gunaz.tv

Bu sözləri İranın Baş Təftiş Təşkilatının rəhbəri Zəbihullah Xudaiyan deyib.

O, bunun üçün mədəniyyət müəssisələri və dini mərkəzlərin daha mühüm rol oynamaq üçün fəaliyyətlərinin gücləndirməyə çağırıb.

“Biz iffətə və hicaba xüsusi diqqət yetirməliyik”,- İran rəsmisi ölkənin ən vacib problemlərindən birinin hicab olduğunu iddia edib.

Baş Təftiş Təşkilatının rəhbəri, Mədəni İnqilab Ali Şursının hicabla bağlı qanunlarının icrasına nəzarət etmək məqsədilə Təftiş Təşkilatında monitorinq məntəqəsinin yaradıldığını bildirib.

Qeyd edək ki, bu, İran Prezidenti Məsud Pezeşkianın "İffət və hicab" qanununun icrasının dayandırılmasına nail olmasından sonra baş verir.

Zəbihullah Xudaiyan və mənsub olduğu mühafizəkar siyasi cərəyan qanunun elan edilməməsinə görə, Pezeşkianı tənqid ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar