SON XƏBƏRLƏR

İranda yeni virus yayıldı

2024.12.31, 13:59
İranda yeni virus yayıldı

İranda Korona bənzər mədə-bağırsaq virusu geniş yayılıb və cəmiyyətdə insanların 10-20 faizinin bu xəstəlikdən əziyyət çəkir.

Gunaz.tv

Bu barədə Daxili Mütəxəssislər Assosiasiyasının rəhbəri İrəc Xosroniya məlumat yayıb.

"Bu virus Koronadan bir qədər yüngüldür, ancaq bədənin bütün orqanlarına, xüsusən də həzm sisteminə təsir edir",- o bildirib.

Ekspertin sözlərinə görə, ölkədə bu xəstəliyin dəqiq statistikası məlum deyil, ancaq ümumilikdə hər üç nəfərdən biri bu virusa yoluxur.

Xosroniyanın sözlərinə görə, bu virus ishal, qusma, qızdırma, bədən ağrısı, sümük ağrısı, ürək ağrısı, ürək yanması kimi əlamətlərlə başlayır, ancaq öskürək əlaməti xəstənin bədənində uzun müddət qala bilər.

Daxili Mütəxəssislər Assosiasiyasının rəhbəri bu virusa yoluxmamaq üçün vətəndaşlara maskalardan istifadə etməyi və əlləri davamlı yumağa üstünlük verməyi tövsiyə edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar