SON XƏBƏRLƏR

İtaliya İran səfirini XİN-ə çağırdı

2025.01.03, 10:53
İtaliya İran səfirini XİN-ə çağırdı

İranın İtaliyadakı səfiri Məhəmməd Rza Səburi Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb.

Gunaz.tv

Səfirlə görüşdə italiyalı jurnalist Sesiliya Salanın dekabrın 19-dan İranda həbs olunması ilə bağlı ölkə rəhbərliyinin narahatlığı ifadə edilib, onun dərhal azad olunmasının zəruriliyi vurğulanıb.

İtaliyalı jurnalistin həbsi ilə bağlı İtaliya Nazirlər Şurasında Baş nazir Corciya Meloni, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, ədliyyə naziri Karlo Nordio və kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da İranda həbs edilən italiyalı jurnalistin dərhal azadlığa buraxılmasının vacibliyini bildirib.

Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik məmurları dekabrın 19-da italiyalı jurnalist Sesiliya Salani həbs ediblər.

İnsan haqları təşkilatları jurnalistin həbsini İranın girov götürmə hərəkəti kimi dəyərləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar