SON XƏBƏRLƏR

İsrail: İranın xeyrinə casusluq ittihamı ilə həbs olunanların sayı 4 dəfə artıb

2025.01.03, 16:36
İsrail: İranın xeyrinə casusluq ittihamı ilə həbs olunanların sayı 4 dəfə artıb

2024-cü ildə İsraildə İrana casusluqla bağlı 13 iş üzrə ölkənin 27 vətəndaşı həbs edilib və dindirildikdən sonra mühakimə olunmaq üçün məhkəməyə təhvil verilib.

Gunaz.tv

Bununla bağlı İsrailin Daxili Təhlükəsizlik Təşkilatı (Şinbet) məlumat yayıb.

Təşkilat 2024-cü ildə İsrail üçün müxtəlif sahələrdə təhlükəsizlik risklərinin aradan qaldırılması istiqamətindəki hərəkətləri ilə bağlı verdiyi bəyanatda bildirib ki, İran üçün casusluq ittihamı ilə həbs olunanların sayı 2023-cü ildəkindən dörd dəfə çoxdur.

Daxili Təhlükəsizlik Təşkilatı şübhəlilərin şəxsiyyətinin müəyyən edilərək həbs edilməsini İranın kəşfiyyat təşkilatının İsrailə qarşı səylərinin zərərsizləşdirilməsi kimi qiymətləndirib.

İsrail mediasının məlumatına görə, 2024-cü ildə həbs olunanlardan 20-si əsasən Rusiya və Qafqazdan olan yəhudi mühacirlər, 7-si Şərqi Qüdsdən olan fələstinlilərdir və barələrində iİttiham aktı məhkəməyə təqdim edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar