SON XƏBƏRLƏR

Amerika Suriyada yeni hökumətə keçid prossesini dəstəklədiyini bəyan etdi

2025.01.07, 12:00
Amerika Suriyada yeni hökumətə keçid prossesini dəstəklədiyini bəyan etdi

GünazTV "Hürriyet"-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Amerikanın Suriyada yeni hökumətə doğru sülh yolu ilə siyasi keçidi dəstəklədiyini bir daha bəyan edib.

Gunaz.tv

Amerika Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi yazılı açıqlamaya görə, Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl Səud ilə telefonla danışıb.

Telefon danışığı zamanı Antoni Blinken vurğulayıb ki, azlıq qrupları da daxil olmaqla, bütün suriyalıların hüquq və əsas azadlıqlarına hörmət etmək və Suriyadan terror bazası kimi istifadə edilməsinin qarşısını almaq beynəlxalq ictimaiyyətin ortaq məqsədidir. Eyni zamanda Suriya üzrə humanitar yardım axının davamlı olmasının vacibliyini vurğuladı. Blinken Suriya daxilində humanitar yardım üçün Səudiyyə hökumətinə təşəkkür etdi.

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar