Tehranın “Azlıqların Hüquqları üzrə Araşdırma Mərkəzi”ndə Azərbaycan əleyhinə yeni tədbir keçirilib.
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
NYT ABŞ-nin İranı blokadası üçün yeni strategiyasına qarşı çıxan ölkələrin adlarını açıqlayıb
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
Tehranın “Azlıqların Hüquqları üzrə Araşdırma Mərkəzi”ndə Azərbaycan əleyhinə yeni tədbir keçirilib.
Tədbir antiazərbaycan və ermənipərəst mövqeyi ilə tanınan ekspert Dr. Əhməd Kazıminin “Beynəlxalq hüquq aspektindən Azərbaycan Respublikasında azlıqların hüquqları” adlı kitabının təqdimat mərasimi adı altında baş tutub.
Yanvarın 19-da keçirilən mərasimdə müəllifin verdiyi informasiyalar və onun müvafiq sahədə uzun illərdir davam edən antiazərbaycan fəaliyyətləri kitabın Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi əleyhinə çağırışlar ehtiva etdiyini göstərir.
Keçirilmiş “elmi konfrans”da “İran Tatşünaslıq Assosiasiyası”nın rəhbəri Abbas Rəhmani, “Tehranda Məskunlaşan Talışların Assosiasiyası”nın sədri Məcid Neməti Siyahməzgi, Tehranın Azad İslami Universitetinin Xarici dillər kafedrasının erməni əsilli müəllimi Andranik Simonyan, “Qafqaz Araşdırmaları Fondu”nun icraçı direktoru Cəfər Xaşe, İran ermənilərinə məxsus “Hur Tərcümə və Tədqiqat İnstitutu”nun İdarə Heyətinin rəhbəri İsak Yunansiyan, dosent Hadi Rəhmani Səid, Avrasiya və media üzrə aparıcı tədqiqatçı Həsən Behiştipur və kürd milləti üzrə araşdırmaçı Cəfər Əbdülmülki kimi antiazərbaycan simalar iştirak ediblər. Müxtəlif millətlərdən olan sözügedən “ekspertlər”in “simvolik olaraq” tədbirə dəvət edilməsi “həmin millətlərin nümayəndələrinin Azərbaycanda yaşaması” ilə əlaqələndirilib.
İranın İRNA və “Mehr” xəbər agentlikləri, eləcə də İranın Məhkəmə Sisteminə aid “Mizan” informasiya saytı mərasimlə bağlı geniş məlumatlar yayıblar.
Ə.Kazımi kitabı Azərbaycan Respublikasında “etnik, din, dil və milli azlıqlar daxil olmaqla” 4 qrup “azlıq” üzrə yazdığını bildirib. Kitab 4 hissə, 16 fəsil və 608 səhifədən ibarətdir. Müvafiq beynəlxalq hüquq və konvensiyalara istinad etdiyini iddia edən müəllif Azərbaycan Respublikasını etnik və dini azlıqlara qarşı “sistematik diskriminasiya və mədəniyyət soyqrımı həyata keçirmək”də ittiham edib. Müxtəlif dillərdə mənbələrlə yanaşı, Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi 5 il ərzindəki “təcrübəyə də əsaslandığı”nı deyən Ə.Kazımi kitabda “yaşamaq hüququ, kollektiv kimlik hüququ, mədəni hüquqlar, dini hüquqlar, linqvistik hüquqlar, iqtisadi hüquqlar, əlaqə hüququ, effektiv iştirak hüququ, bərabərliyə əsaslanan inteqrasiya hüququ və öz müqəddəratını təyin etmə hüququ” kimi mövzulara toxunduğunu qeyd edib. Kitabda “öz müqəddəratını təyinetmə hüququ” bu zəmində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hədəflənmiş əsas aspektlərdən biridir.
Ə.Kazımi kitabda Azərbaycan Respublikasının “diskriminasiya siyasəti”nə əsasən azlıqları iki qrupda - “seçilmiş” və “adi” azlıqlar qismində kateqoriyalaşdırıb. Türk əsilli xalqları və yəhudilər kimi dini azlıqları “seçilmiş” azlıqlara daxil edib, digər etnik azlıqları və şiə məzhəbinə etiqad edənləri “adi” azlıqlar (? – red.) kateqoriyasında qruplaşdırıb. Azərbaycan hökumətinin “adi” azlıqlara qarşı “mövcudluq hüquqlarından tutmuş sistematik olaraq etnik təmizləmə və mədəniyyət soyqrımı həyata keçirməklə” onların “hüquqlarını kəskin şəkildə pozduğu”na dair dezinformasiya və ittihamlara yer verib.
Ə.Kazımi azərbaycanda etnik və dini düşmənçilik zəminində ədavət, parçalanma və iğtişaşları qızışdırmaq məqsədilə yazdığı kitabda ölkədə “panazərizm”, “pantürkizm” və “panturanizm” ideologiyalarının yayılması ilə paralel olaraq “şiə izlərinin silinməsi” prosesinin cərəyan etdiyini iddia edib.
O, həmçinin kitabın ərsəyə gətirilməsi ilə bağlı etdiyi çıxışda Azərbaycanda Çar Rusiyası və Sovet imperiyası dövründə olduğu kimi, azlıqlarla bağlı məlumat “çatışmazlığı” və mövcud olan məlumatların “saxtakarlıq” və “nifrət aşılayan məzmunla” dolu olduğuna dair əsassız fikirlərə də yer verib.
Qeyd edək ki, bu son 1 ay ərzində İranda Azərbaycan əleyhinə keçirilən mərasim və tədbirlərin davamıdır.
Bundan əvvəl dekabrın 29-u və yanvarın 18-də də Ərdəbil şəhərində Əli Xaməneinin əyalətlədki nümayəndəsi və şəhərin cümə imamının təşəbbüsü ilə antiazərbaycan mətasimləri baş tutub.
GünazTV
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya