SON XƏBƏRLƏR

ABŞ və AB razılığa gəldi: Rusiyaya maksimum təzyiq...

2025.01.29, 11:18
ABŞ və AB razılığa gəldi: Rusiyaya maksimum təzyiq...

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas və ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı Tramp administrasiyasının vəzifəyə başlamasından sonra ilk telefon danışığında Ukrayna müharibəsi, İran və Çini müzakirə ediblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ABŞ Dövlət katibi Marko Rubio ilk telefon danışığı zamanı belə razılığa gəliblər.

Eyni zamanda Avropa İttifaqı Moskvaya Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə imkan verən gəlir mənbəyini zəiflətmək üçün Rusiyanın kənd təsərrüfatı məhsullarına tariflər tətbiq etməyi təklif edir. Bu tariflər Avropa İttifaqının daha öncə Rusiyanın taxıl və yağlı bitkiləri, eləcə də onların törəmələrini hədəfə aldığı vergilərdən üstündür.

"Biz Avropa İttifaqı və ABŞ-ın eyni maraqlara malik olduğu qlobal məsələləri müzakirə etdik. Rusiyanın Ukraynadakı müharibəsini, İranın regiondakı bədxassəli davranışlarını və Çinin yaratdığı təhdidləri müzakirə etdik", - Kaya Kallas sosial media platforması X-də deyib.

Estoniyanın keçmiş baş naziri Kallas, əlavə etdi ki, "Aİ və ABŞ həmişə birlikdə daha güclüdür. Sizinlə tezliklə görüşməyi səbirsizliklə gözləyirik".

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar