“Cəmiyyətin ən ağır problemlərindən biri irqi ayrıseçkilikdir. Bu, insanların bir-birindən uzaqlaşmasına səbəb olur. Ölkənin yanlış siyasətlərindən biri etnik mənsubiyyətlər arasında fərq qoymasıdır. Bu gün cəmiyyətdə insanlar bir-birini çox asanlıqla təhqir edir, böhtan atırlar. Bundan başqa, kimsə özündə ixtiyar görür ki, insanların geyiminə qarışsın və niyə hicab bağlamırsan desin."
Dr. Mustafa Eqlimə hesab edir ki, İranda nifrət nitqi olduqca geniş yayılıb və bu məsələ təhlükəli və çox narahatedici mərhələyə çatıb.
"Ölkə rəsmiləri son bir neçə onillikdə problemli məsələləri ört-basdır etmək üçün həmişə hər bir məsələni etnik müstəviyə daşıyıblar. İdarəçilikdə meritokratiya məsələsi olmadığından, hər kəs öz mövqeyini qorumaq üçün müxalif fikirdə olanları damğalamaqla aradan götürməyə çalışır. Onlar cəmiyyətə, xüsusən də türklərə qarşı elə fikir aşılayıblar ki, insanlar hətta türklərlə evlənməyi belə pis bir şey hesab edir." - deyə Dr. Eqlimə bildirib.
C