SON XƏBƏRLƏR

Ərdəbildə 100-lərlə kəndin yolu bağlandı

2025.02.07, 15:43
Ərdəbildə 100-lərlə kəndin yolu bağlandı

Temperaturun kəskin düşməsi və güclü qar yağması səbəbindən Ərdəbil əyalətinin 501 kəndinin yolu bağlanıb, ətraf aləmlə əlaqə kəsilib.

Gunaz.tv

Bu barədə əyalət valiliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, əyalətin xüsusilə dağlıq bölgələrində qarın hündürlüyü 50 santimetrə çatıb.

Bununla yanaşı eyni səbəbdən fevralın 8-i Qərbi Azərbaycan əyalətinin bütün şəhərlərində uşaq bağçaları, məktəblər və universitetlər tətil elan edilib.

Dövlət idarələrinin isə fəaliyyətinin onlain şəkildə həyata keçiriləcəyi bildirilib.

Hazırda Qərbi Azərbaycanın əksər bölgələrində qar yağır, əyalət mərkəzi Urmu şəhərində qarın hündürlüyü 40 sm-ə çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar