SON XƏBƏRLƏR

Güney azərbaycanlı rəssam dünyasını dəyişib

2025.02.21, 10:29
Güney azərbaycanlı rəssam dünyasını dəyişib

Tanınmış Güney azərbaycanlı rəssam və İranda akvarelin (sulu boya) banisi olan Pərviz İzədpənah Tehranda dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, 85 yaşında vəfat edən sənətçi vəsiyyətinə əsasən doğma yurdu Salmasda torpağa tapışırılıb.

Pərviz İzədpənah 1939-cu ildə Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində anadan olub.

Uşaqlıq və yeniyetməlik dövrünü Təbrizdə keçirən İzədpənah, burada təhsil alıb, musiqi və rəssamlıqla məşğul olub.

Orta məktəbi bitirdikdən sonra Tehranın İncə Sənət Universitetində rəssamlıq üzrə bakalavr, Tehranın Farabi Universitetində animasiya üzrə magistr dərəcəsi alıb.

Təhsilini təkmilləşdirmək üçün Britaniyaya gedən azərbaycanlı rəssam, qayıtdıqdan sonra İranda sulu boya rəssamlığının əsasını qoyub.

Onun əsərlərində Qacarlar dövrünü təsvir edən rəsmlərin sayı daha çoxdur.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar