SON XƏBƏRLƏR

Latviyada ruslara və belaruslara əmlak almaq qadağan edilir

2025.02.21, 12:29
Latviyada ruslara və belaruslara əmlak almaq qadağan edilir

Latviya Seymi Rusiya və Belarus vətəndaşlarına ölkədə daşınmaz əmlak almağı qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "lvportals.lv" saytı məlumat yayıb.

Nəşr qeyd edir ki, milli təhlükəsizliyi gücləndirmək və dövlət maraqlarına mümkün təhlükələrin qarşısını almaq üçün belə qərar verilib.

Nəzərdə tutulan qanun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməlidir.

Qeyd edək ki, bir müddət öncə Latviyanın daxili işlər naziri Rixard Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar