SON XƏBƏRLƏR

ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumlar tətbiq edir

2025.03.04, 13:08
ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumlar tətbiq edir

ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır.

Gunaz.tv

GünazTV “Reuters” agentliyi xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq.

Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək. Amerika hakimiyyəti iddia edir ki, bütün bu tədbirlər, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir.

Meksika və Kanada məhsullarına tətbiq edilən tariflər avtomobil və maşın istehsalı, kənd təsərrüfatı mallarının emal edilməsi üçün transsərhəd daşımalardan asılı olan Şimali Amerika iqtisadiyyatı üçün daha dərin təsirlərə malik ola bilər.

"Tariflər inanılmaz dərəcədə ticarət əlaqələrini pozacaq" deyən Kanada Baş naziri Castin Trüdo, Trampın ilk dövründə imzaladığı ABŞ-Meksika-Kanada azad ticarət müqaviləsini pozacaqlarını əlavə etdi.

ABŞ-ın Çindən əvvəllər rüsumlara məruz qalmamış bir neçə əsas istehlak elektronikası, o cümlədən smartfonlar, noutbuklar, video oyun konsolları, ağıllı saatlar və dinamiklər və Bluetooth cihazlarına 20%-lik tarif şamil ediləcək.

Çin əlavə tariflərə dərhal cavab verərək martın 10-dan etibarən bəzi ABŞ idxal mallarına 10-15% əlavə tariflərin tətbiq ediləcəyini bildirdi. Əlavə olaraq, 25 ABŞ firmasını milli təhlükəsizlik səbəbi ilə ixrac və investisiya məhdudiyyətləri altına qoyub. Bu firmalardan 10-u Tayvana silah satmaq iddiası ilə hədəfə alınıb.

Çinin Ticarət Nazirliyi ABŞ-ın tariflərinin Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu və "Çin və ABŞ arasında iqtisadi və ticarət əməkdaşlığının əsasını pozduğunu" söylədi.

 

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar