SON XƏBƏRLƏR

İran təhlükəsinə qarşı sərt tədbirlər görüləcək - Britaniya

2025.03.05, 11:06
İran təhlükəsinə qarşı sərt tədbirlər görüləcək - Britaniya

2022-ci ildən 2025-ci ilə qədər İslam Respublikasının Britaniya vətəndaşlarını və ya bu ölkədə yaşayan şəxsləri öldürmək üçün 20 sui-qəsd planının qarşısı alınıb, 

Gunaz.tv

Bunu Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib.

O, İran hökumətinin artan təhlükəsi ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər görəcəyini açıqlayıb.

"Britaniya hökuməti Britaniya torpaqlarında İslam Respublikasının tapışırıqlarını yerinə yetirən cinayətkarları cəzalandırmaq üçün yeni sərt qanunlar qəbul edilib",- Jarvis bildirib.

Təhlükəsizlik naziri deyib ki, İran hökuməti və onun kəşfiyyat xidmətlərinin terrorçu qruplar kimi sanksiyaya məruz qala bilməsi üçün, rəsmi London İran hökumətinə qarşı antiterror qanunlarını tətbiq etmək yollarını nəzərdən keçirir.

“Aydındır ki, bu sui-qəsdlər hədə-qorxudan istifadə etməklə tənqidi və fərqli fikirləri yayan şəxsləri susdurmaq üçün İran hökumətinin qəbul etdiyi məqsədli strategiyanın bir hissəsidir”,- Jarvis əlavə edib.

Britaniyanın təhlükəsizlik naziri bildirib ki, İran hökuməti Britaniyada fəaliyyət göstərən və İranı tənqid edən yəhudi, israilli və müxalif medianı hədəf alıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar