SON XƏBƏRLƏR

Trüdo sonuncu mətbuat konfransını keçirdi

2025.03.08, 12:25
Trüdo sonuncu mətbuat konfransını keçirdi

Üç gün sonra istefaya gedəcək Kanada baş naziri Castin Trüdo sonuncu mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Gunaz.tv

O, "hər gün" Kanada sakinlərinin maraqlarını birinci yerə qoyduğunu və onlara dəstək verdiyini bildirib.

"Mən buradayam ki, hamınıza deyim: biz sizə güvənirik. Hətta bu hökumətin son günlərində belə, kanadalıları nə bu gün, nə də gələcəkdə məyus etməyəcəyik", - deyə Trüdo canlı yayım zamanı söyləyib və kövrəlib.

Siyasətçinin sözlərinə görə, o, səlahiyyətlərini təhvil verməyi səbirsizliklə gözləyir. Bu, yaxın günlərdə baş verəcək.

Daily Mail-in məlumatına görə, Tramp bir neçə gün ərzində Kanada baş nazirini "tarif müharibəsi" ilə sıxışdırıb. Amerika lideri həmçinin Trüdonu dəfələrlə lağa edərək onu "ABŞ-nin 51-ci ştatının qubernatoru" adlandırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar