SON XƏBƏRLƏR

Suriyanın İƏT-ə üzvlüyü bərpa edildi

2025.03.08, 12:35
Suriyanın İƏT-ə üzvlüyü bərpa edildi

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Suriyanın təşkilata qaytarılmasını dəstəkləyiblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyənin təşəbbüsü ilə Suriyanın İƏT üzvlüyünün bərpası məsələsi 2025-ci il martın 7-də Ciddədə xarici işlər naziri Hakan Fidanın iştirak etdiyi İƏT Xarici İşlər Nazirlərinin fövqəladə toplantısının gündəliyinə daxil edilib. İclasda hazırlanmasında Türkiyənin də iştirak etdiyi qətnamə layihəsi qəbul edilib və Suriyanın İƏT-ə üzvlüyü bərpa edilib”, - Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qətnamə layihəsinin qəbulundan sonra Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əl-Şibani təşkilatın şurasında öz yerini tutmaq üçün rəsmi dəvət olunub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar